!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ: Tələb edilən sənədlər AÇIQLANDI

!Reklam – Yazi

Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəsmi səhifəsində məlumat verilib.
Sənədləri təqdim edirik:

1. Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi. (Rusiyaya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur).

2. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

3. Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.

Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən Səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir.

www.yenicag.az

803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv