Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukrayna müdafiə nazirləri Qara dənizdə mina problemlərini müzakirə ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, nazir Hulusi Akar həmkarları ilə videokonfrans formatında görüş keçirib.
Türkiyəli nazir görüş zamanı regiondakı ümumi vəziyyətin müzakirə olunduğunu bildirib.
“Görüş zamanı, həmçinin minalarla mübarizə də daxil olmaqla Qara dənizdə sülh və sabitliyin qorunması məqsədilə əməkdaşlığın vacibliyi vurğulanıb. Eyni zamanda ağırlaşmaqda olan humanitar vəziyyətlə əlaqədar humanitar yardımların fasiləsiz davam etməsi və regionda böhranın daha da şiddətlənməsinin qarşısının alınması üçü tədbirlər həyata keçirmək qərara alınıb”, – H.Akar deyib.
Qeyd edək ki, son həftələrdə həm Türkiyə, həm də Rumıniya və Bolqarıstan sahillərində üzən dəniz minaları aşkar edilərək zərərsizləşdirilib.