Bu ölkələrlə sərhəddə yeni gömrük postları yaradılacaq

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri” adlı tədbir deyib.

O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir:

“Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır”.

Xatırladaq ki, bugünki tədbirdə AB-nin təşəbbüsü olan “EU4Business” və BMT-nin icra etdiyi “Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası” layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün “dəyirmi masa” formatında interaktiv müzakirələr aparılıb.