Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Bu, ölkəmizin ictimai-siyasi həyatı üçün çox əhəmiyyətlidir”

Reklam: High Technic

“Prezidentin növbəti əfv fərmanı, ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət daşımaqdadır”.

Bu sözləri Yenicag.az-a İctimai-siyasi proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli açıqlamasında deyib.

O bildirib ki, əfv sərəncamında adları hüquq müdafiə təşkilatlarının siyahısına düşmüş 50-dən çox şəxsin adı var. Bu cox ciddi rəqəmdir, heç vaxt belə göstərici olmayıb.

“Sərəncam həm daxili siyasi proseslərə, həm də beynəlxalq muəünasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkə başçısının sərəncamı bir daha yüksək humanistlik göstəricisi olmaqla yanaşı, eyni zamanda vətəndaşlar arasında inam ve etimada da ciddi təsir göstərəcək”.

“Sərəncamı, prezidentin xüsusilə vətəndaşlara dayanan son dövrlərin ciddi problemlərin həllində həyata keçirdiyi islahatların bir davamı kimi də qiymətləndirmək olar.

Prezident bütün vətəndaşlarımızın başçısıdır. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs bu humanist addımı yüksək qiymətləndirməlidir”, – Samir Adigözəlli vurğulayıb.

www.yenicag.az

1064