İngiltərədə yağan şiddətli yağışlar sel və daşqınlara səbəb olub.
Yenicag.az xəbər verir ki, təbii fəlakət nəticəsində 1 nəfər ölüb. Onun cəsədi Derbişirdəki Dervent çayından tapılıb. Polis cəsədin şəxsiyyətini müyyənləşdirməyə çalışır.
Yorkşir bölgəsində insanlar evlərindən təxliyyə ediliblər.
Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 100-dən çox daşqın olacağı ilə bağlı xəbərdarlıq edib.