Bu ölkənin adı dəyişdirilə bilər

Yeni Zelandiya hökuməti ölkənin rəsmi adının “Aotearoa” olaraq dəyişdirilməsi ilə bağlı petisiyaya baxacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, müvafiq petisiyanı Yeni Zelandiyanın 70 min sakini imzalayıb.

Qeyd edək ki, “Aotearoa” yerli maori xalqının doğma vətənləri üçün işlətdiyi addır və “uzun ağ buludlar ölkəsi” deməkdir./Yenisabah.az/