İslandiyanın baş naziri Katrin Yakobsdottir gələcəkdə prezidentliyə namizəd olmaq üçün istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bir müddət əvvəl mən növbəti parlament seçkilərində yenidən namizəd olmamaq qərarına gəldim. Eyni zamanda, mən hələ də İslandiya cəmiyyətinə öz xidmətlərimi təklif etməyə davam etmək arzusundayam”, – deyə Yakobsdottir bildirib.
İslandiyada prezident seçkiləri iyunun 1-də keçiriləcək.