Bu ölkənin Baş naziri istefa verdi – FOTO

Danimarkanın Baş naziri və Sosial Demokratlar Partiyasının lideri Mette Frederiksen noyabrın 1-də keçirilən seçkilərin nəticələri barədə Danimarka kraliçası II Marqreteyə məlumat verib, həmçinin istefa verdiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bunu siyasətçi partiya liderlərinin debatında deyib.

İndi parlamentdəki partiyaların nümayəndələri arasında danışıqlar raundu keçirməlidirlər. “Yeni kabinetin formalaşdırılması ilə bağlı qərar məhz həmin danışıqlar əsasında qəbul ediləcək”, – M.Frederiksen əlavə edib.

Seçkinin nəticəsinə əsasən, Sosial Demokratlar Partiyası parlamentdə çoxluq əldə edib. Frederiksen həm də mandatların əksəriyyətini qazanan sol-mərkəzçi bloka rəhbərlik edir, ona görə də, çox güman ki, kabinetin yaradılması məhz ona həvalə olunacaq. Həm seçkilərdən əvvəl, həm də dərhal sonra Baş nazir geniş koalisiya hökuməti qurmağa çalışacağını bəyan edib.