Bu ölkənin prezident və naziri karantinə alındı

Monqolustan Prezidenti Xaltmaagiyn Battulqa karantinə alınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  ölkə prezidenti, Daxili İşlər naziri Damdinoom Soqtbaatarom və onları müşayiət edən nümayəndə heyəti Çin səfərindən qayıtdıqlarına görə 14 gün karantində saxlanılacaq.

Qeyd edək ki, Monqolustan Prezidenti Çinə səfəri zamanı ölkə başçısı Si Cinpinlə görüşmüş və koronavirusla mübarizədə dəstək üçün Çinə 30 min qoyun hədiyyə etmişdi.