Bu ölkənin prezidenti Bakıya gəlir

indoneziyaprezidentiİndoneziya prezidenti Coko Vidodonun Azərbaycana səfəri gözlənilir.

Bu barədə “Report” diplomatik mənbələrə istinadən xəbər verir.

Məlumata görə, səfər 2017-ci ilin birinci yarısına nəzərdə tutulub. Hazırda diplomatik səviyyədə səfər detalları və proqramı işlənilir. Eyni zamanda, səfər zamanı imzalanması gözlənilən bir sıra ikitərəfli sənədlər üzərində iş aparılır.