Bir müddət əvvəl Boliviyada prezident səlahiyyətlərini icra edən Cenin Anez 10 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, o, 2019-cu ildə dövlət çevrilişi işində təqsirli bilinib.
C.Anez “vəzifə borcunu yerinə yetirməmə” və “konstitusiyaya zidd qərar qəbul etmə” maddələri ilə ittiham edilib.
Xatırladaq ki, C.Anez 2019-cu il noyabrın 12-dən 2020-ci il noyabrın 8-dək prezident səlahiyyətlərinin icraçısı olub. Onun müvəqqəti prezidentliyi dövlət zorakılığı, azad sözə məhdudiyyətlər və əsassız həbslər kimi çoxsaylı insan hüquqları pozuntuları ilə səciyyələnirdi.