!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkənin səhiyyə naziri koronavirusa yoluxdu

!Reklam – Yazi

Qazaxıstan Respublikasının səhiyyə naziri Yeljan Birtanov koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə nazir “Facebook” səhifəsində yazıb.

“Dostlar, koronavirusla bağlı son testimin müsbət nəticə verdiyinə dair xoşagəlməz xəbər verməliyəm. Təəssüf ki, bu simptomsuz bir forma deyil. Buna görə də yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirildim. Riayət etdiyim bütün ciddi sanitar tədbirlərinə baxmayaraq risklər har zaman mövcuddur. Xüsusilə məsafədən işləyə bilməyənlər üçün”, – nazir yazıb.

E.Britanov qeyd edib ki, son günlər ölkənin bir sıra regionlarında sahibkarlar, tibb işçiləri, dövlət qulluqçuları, KİV təmsilçiləri arasında virusa yoluxmalarda artım müşahidə olunur.

Səhiyyə naziri bütün qazaxıstanlılardan “fərdi karantin”ə riayət etmələrini və profilaktikaya dair tövsiyələrə əməl etmələrini çağırıb./Trend/

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv