!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkənin səhiyyəsində bir ilkə İMZA ATILDI: Heyvan damarından... - FOTO

!Reklam – Yazi

Türkiyənin paytaxtı Ankara şəhərində bir ilkə imza atılıb.

Yenicag.az xəbər verir ki, Ankara Universiteti kimya fakültəsində professor və tələbə heyəti heyvan damarından insan damarı yaratmağa nail olub.

Belə ki, onlar iribuynuzlu heyvandan götürdüyü aorta damarını laboratoriya mühitində yeni texnologiya ilə dəyişiblər. Yəni həmin hüceyrələri “decellularization” adlı texnologiya ilə 3D bioprinterə köçürüblər və nəticədə insan damarını əvəz edəcək yeni damar yaranıb.

Məlumatda bildirilib ki, elastik quruluşa malik olan yeni sistem həm mexaniki cəhətdən dayanıqlıdır, həm də istifadə edilən süni biopolimerlərin insan sağlamlığına heç bir ziyanı yoxdur.

Sözügedən layihədə İngiltərə universitetləri də iştirak edib.

Qeyd edək ki, bundan öncə Amerikada və bir sıra Avropa ölkələrində heyvan damarından 3D bioprinter vasitəsilə insan damarı yaradılması tətbiq edilsə də, Türkiyədə bu bir ilkdir.

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv