Bu ölkənin yeni prezidenti seçildi

Vyetnamın yeni prezident seçilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  parlament iqtidardakı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nquen Fu Çonqu  yeni prezident seçib. Bu barədə məlumatı parlamentin Nəzarət Komissiyası yayıb.

Qeyd edək ki, əvvəlki Prezident Çan Dai Kuanq bu il sentyabrın 21-də vəfat edib.