Maldivdə prezident seçkiləri keçirilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, seçkilərdə müxalifətdən olan namizəd Mohamed Solih 58,4 faiz səs toplayaraq prezident seçilib. O, Maldiv Birgə Müxalifət Koalisiyasını (Joint Opposition Coalition of the Maldives) təmsil edir.
Ümumilikdə səsvermədə 232 mindən çox adam iştirak edib.
Qeyd edək ki, Maldivin prezidenti olmuş Abdulla Yəmin isə 41,6 faiz səs toplayıb.