Bu ölkəyə gedənlərin diqqətinə – Rekord istilər qeydə alındı

Almaniyada rekord dərəcədə isti qeydə alınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Metereologiya Xidmətinin “Twitter” səhifəsində məlumat yazılıb.

Məlumatda bildirilir ki, Almaniyada qeydə alınan rekord Qayıenkirehen şəhərində yenilənib. Havanın temperaturu 40,5 dərəcə isti olub.

Həmçinin qeyd edilib ki, havanın daha isti olacağı gözlənilir: “Ola bilsin ki, bu rekord bir gündən sonra yenilənəcək”.

Qeyd edək ki, Almaniyada rekord isti 5 iyul 2015-ci ildə Kitsungen şəhərində qeydə alınmışdı. Havanın temperaturu 40,3 dərəcə isti olmuşdu.

Loading...