!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu oyun uşaqları ölümə aparır - Valideynlər üçün həyəcan təbili - FOTO

!Reklam – Yazi

Günümüzdə azyaşlıların telefona xüsusi marağının olması danılmaz faktdır.

Yenicag.az xəbər verir ki, bu, onların sağlamlığına mənfi təsir göstərməklə yanaşı, onların həyatını təhlükəyə atır.

Növbəti həyəcan təbili təhsil üzrə ekspert Kamran Əsədovdan gəlib.

O, telefonda azyaşlılar üçün nəzərdə tutulan oyunun təhlükəsindən xəbər verib.

“Ev şəraitində necə mələk olmaq olar” sualı ilə azyaşlıların başını aldadan oyun əslində onları ölümə aparır.

Belə ki, oyunun təlimatı belədir:

“Gecə hamı yatandan sonra 3 dəfə fırlan, mələklərdən güc istə, sonra heç kimin gözünə görünmədən mətbəxə gedin. Əks halda arzunuz çin olmaz. Qaz pilitəsinin 4-nü də açıq qoyub, yandırmadan gedib yerinizə uzanın. Səhər yuxudan oyanıb deyin ki, çox sağ olun, artıq mən mələyəm”.

Emin

www.yenicag.az

3991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv