!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu oyundan MHP daha güclü çıxacaq” – Proqnoz

!Reklam – Yazi

1428986841_page_iste-devlet-bahceli39nin-carsaf-listesi_331315425Qabil Hüseynli: “Yaranacaq koalisiyanı tənqid etmək, zəif yerlərini üzə çıxarmaqla, MHP-nin mövqeyi daha da güclənəcək”

Türkiyədə hələ ki, koalisiya hökuməti qurulmayıb. Eyni zamanda, TBMM-ə sədr seçkisi məsələsi də açıq olaraq qalır. MHP başqanı Dövlət Baxçalı isə belə görünür, nə koalisiyaya razıdır, nə də müxalifətin parlamentin başına keçməsi üçün dəstək verir. Belə ki, o MHP-dən olan deputatların öz namizədləri keçmədiyi halda, digər partiyaların namizədlərinə dəstək verməyəcəyini söyləyib. Bu isə əslində 4-cü turda hakim AKP-yə öz namizədini parlament başqanlığına gətirməyə imkan verir. MHP həmçinin bildirib ki, HDP ilə heç bir halda koalisiya ortaqlığında olmayacaq.

Görəsən, MHP-nin tutduğu bu siyasət onu gücləndirəcək, yoxsa zəiflədəcək? Təkrar seçki keçirilsə, nəticə necə olacaq?
Yenicag.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu qənaətdədir ki, yürütdüyü siyasət MHP-nin mövqeyinin güclənməsinə gətirib çıxaracaq: “Zənnimcə hazırda MHP “sərt” siyasət yürütməsində AKP-nin, xüsusilə prezident Ərdoğanın rolu böyükdür. Bir vaxt söhbət çıxdı ki, AKP MHP ilə koalisiya yaradacaq. Sonradan isə deyəsən CHP lideri Qılıncdaroğlu ilə, onun ciddi güzəştlərə getməsi hesabına razılığa gəlib. Üstəlik, HDP ilə razılığa gəlib ki, Qılıncdaroğlu ilə koalisiya qurulsa, onlarda kənardan buna dəstək olacaqlar. Bu nöqteyi-nəzərdən Dövlət Baxçalının hansısa səhvə yol verəcəyini, hökumət qurulduqdan sonra onun partiyasının itkilərə məruz qalacağını söyləmək olmayacaq. Çünki, Qılıncdaroğlu müəyyən həqiqətləri açıb tökdükdən sonra AKP üçün ictimai rəyin daha da pisləşəcəyini proqnozlaşdırmaq olar. MHP ana müxalifət rolunu yerinə yetirəcək. Belədə tutduğu hazırkı siyasət fonunda MHP-nin mövqeyinin güclənəcəyini düşünürəm. Yaranacaq koalisiyanı tənqid etmək, zəif yerlərini üzə çıxarmaqla, MHP-nin mövqeyi daha da güclənəcək”.

ELÇİN

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv