“Bu, özünütəcrid yox, simamızı qorumaqdır” – İlyas İsmayılovun partiyasından mövqe

“Seçkidə iştirak etməmək qərarı vermişiksə, o partiyalarla hansı müzakirələri apara bilərik?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında 11 aprel növbədənkənar prezident seçkilərinə qatılmayan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli təşkilatın seçki dövrünə yönəlik fəaliyyətindən danışarkən deyib.

O, mənsub olduğu təşkilatın seçkilərdə iştirak etməmək qərarı vermiş müxalifət partiyalarının məsləhətləşmələrinə qatılmadığını bildirib:

“Bildiyiniz kimi, Ədalət Partiyasının Ali Məclisi 11 aprel seçkilərində iştirak etməmək haqqında qərar verib. Bu da seçkilərin nəzərdə tutulduğu kimi oktyabra deyil, aprelə təyin olunmasıdır.

Biz bütün hazırlıqlarımızı növbəti seçkilərə uyğun qurmuşduq. Ancaq seçkilərin apreldə keçirilməsi hazırlıq planlarımızı aşdığı üçün belə bir qərar qəbul etdik.

Partiyamız seçkilərə qatılmayan digər müxalifət partiyalarla hər hansı məsləhətləşmələrdə iştirak etmir. Seçkidə iştirak etməmək qərarı vermişiksə, o partiyalarla hansı müzakirələri apara bilərik?
Ədalət Partiyasının bu yanaşmasını özünütəcrid hesab etmək yanlışdır. Əslində, bu, özünütəcrid yox, simamızı qorumaqdır”.

A. Zeynalov

COP29