Bu pəhrizlərin SAĞLAMLIĞA TƏSİRİ: Qan təzyiqi düşür, saçlar tökülür və…

Məşhur türk diyetoloq Gizem Özölmez bəzi pəhrizlərin ürək qan-damar sisteminə mənfi təsirlərindən bəhs edib.

Yenicag.az xəbər verir ki, o, həmin pəhrizlərin hormonal balansı necə pozduğunu açıqlayıb. G.Özölmez bildirib ki, saatlarla ac qalmaq, proteini, karbohidrati, yağı və s. lazımi qidaları rasiondan çıxartmaq tamamilə zərərlidir.

Bu proses hər nə qədər qısa zamanda xeyli çəki atmağa kömək etsə də, həm o çəkilər bir müddət sonra geri qayıdır, həm də sağlamlıq problemlərinə səbəb olur. Məsələn, qan təzyiqi düşür, baş ağrıları artır, saçlar tökülür və s.

O qeyd edib ki , belə zərərli pəhrizlərin əvəzinə balanslaşdırılmış şəkildə qida tükətmək sağlamlığa daha çox xeyirdir.

Özölmez gündə 2 litr su içməyin də nə qədər xeyirli olmasını vurğulayıb.

Şahanə Paşa