!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu peşə məktəbində 40 ildə qız tələbə olmayıb" - Təhsil Mərkəzinin direktoru

!Reklam – Yazi

“Gələcək üçün şirniyyatçı, qənnadçı və avtomobil diaqnostikası kimi yeni ixtisasların yaradılması nəzərdə tutulub”.

Yenicag.az xəbər verir ki, bu sözləri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzdə yeni peşə sahələrinin yaradılması istiqamətində işlər görülür:

“Son 40 ildə bu peşə məktəbində qız tələbə təhsil almayıb. Hazırda məktəbdə 450 nəfər təhsil alır. 2018-ci ildə peşə məktəbinə 19 qız, 1 oğlan qəbul olub. Hazırda məktəbdə 51 qız tələbə var və onlar xüsusilə üzlükçü, dizayner, tikişçi peşələri üzrə təhsil alırlar. Mərkəzdə 16 ixtisas üzrə təhsil verilir. Gələcək üçün şirniyyatçı, qənnadçı və avtomobil diaqnostikası kimi yeni ixtisasların yaradılması nəzərdə tutulub. Ümumilikdə, layihə çərçivəsində 5 əsas biznes istiqamətinin dəstəklənməsi hədəf kimi qarşıya qoyulub.

Qeyd edim ki, məktəb binası dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilib. Məktəbdə yataqxana, idman zalı, emalatxana, anbar, qaraj, avtotəmir, istixana, ferma və heyvandarlıq emalatxanası mövcuddur”.

Gülşən Şərif

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv