Küçə pişiyi bir ay ərzində 4 nəfərə xəsarət yetirib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Ordu vilayətində 3 bloklu binanın həyətində yaşayan küçə pişiyi “psix” ləqəbini alıb. Belə ki, pişik onu sığallamaq üçün gələnlərə hücum çəkir. 4 nəfəri xəstəxanalıq edən pişik həm də ətrafdakı itləri qorxudur və yad adamları binaya girməyə qoymur.
Qeyd edək ki, bütün sakinlər pişikdən qorxur, ancaq heç kim onu ərazidən uzaqlaşdırmaq istəmir.