“Bu proses bizi yeni uçuruma aparır” – Mirzoyan

“Haradasa bir şey səhvdir”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan dialoqu” beynəlxalq konfransının açılışında deyib.

XİN rəhbərinin sözlərinə görə, həqiqətə dialoq və mübahisə yolu ilə çatmaq olar: “Dialoq ümumi həqiqətlərin kəşfinə və ümumi qaydaların qurulmasına gətirib çıxara bilər. Dialoq uğuru təmin edə bilərmi? Bu, fakt deyil, dialoqun olmamasının mövcud böhranı daha da dərinləşdirəcəyi faktdır. Bu proses bizi yeni uçuruma aparır”.