Bu prospekt bağlanacaq

92718Aprelin 3-dən 4-nə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanmışdı.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Hazırda Heydər Əliyev prospektində hərəkət davam etdirilir. Lakin yaxın saatlarda prospektdəki yerüstü piyada keçidindən Böyük Şor yol qovşağına qədər olan ərazi bağlanacaq.

Şəhərdən Böyük Şor yol qovşağına doğru hərəkət edən nəqliyyat vasitələri piyada keçidi ərazisində köməkçi yola keçməklə hərəkəti davam etdirə bilərlər.