!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu prospekt bağlanacaq

!Reklam – Yazi

80610_hff027prqiBu gün gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakı şəhərinin Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən bildirilib ki, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən mərkəzə doğru gedən avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov (“Azadlıq” metro stansiyası, 8-ci mikrorayon istiqamətində) və Məsud Davudoğlu küçələri ilə (6-cı mikrorayon istiqamətində) hərəkət təmin olunacaq.

Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək (3-4 gün) tətbiq olunacaq.

“Azəravtoyol” baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollar seçməklərini tövsiyə edir.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv