Bu prospekt bağlanır

NobelBakının Nobel prospektində hərəkət məhdudlaşdırılır.

Bunu  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 11:30-dan etibarən Bakının Nobel prospektində yolda aparılacaq xətləmə işləri ilə əlaqədar “Ağ şəhər”dən paytaxtın mərkəzi istiqamətində yolda hərəkət qismən məhdudlaşdırılacaq.

İşlərin bir neçə saat ərzində yekunlaşdırılması nəzərdə tutulur(azvision.az).