Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bu prospekt dörd günlük bağlanır

32dc66e04c286de4947f2abbf6646d14Dekabrın 10-dan 11-nə keçən gecə saat 00:00-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində tikinti işləri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə  Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, tikinti işləri ilə əlaqədar qeyd edilən yol dörd gün bağlı olacaq.

Prospektin Böyük Şor yol qovşağından 20 Yanvar və Qələbə kinoteatrı qarşısındakı dairə
istiqamətinə olan hissəsi isə nəqliyyatın hərəkəti üçün tam açıq olacaq. Sürücülərə
alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

www.yenicag.az

219