Bu prospektdə avtobus zolağı ilə də sürmək olar

Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib.

Yenicag.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil. Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər.

COP29