!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu prospektdə hərəkət qismən məhdudlaşdırılır

!Reklam – Yazi

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, paytaxtın Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü-nə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək.

Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (yol bağlı olmayacaq). Məhdudiyyət səhər saatlarınadək qüvvədə olacaq.

www.yenicag.az

2381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv