İçveç alimləri xərçəng xəstəliyinə ən az hansı qan qrupuna məxsus insanların yoluxduğunu araşdırıb.
Yenicag.az xəbər verir ki, Karolina instutunun alimləri tərəfindən 35 il ərzində, 1 milyondan çox adam üzərində tətqiqat aparılıb.
Araşdımalar zamanı 1-ci qan qrupu olanlar arasında bu xəstəliyə digər qruplarla müqayisədə qat-qat az rast gəlindiyi məlum olub.
Nəzarət ərəfəsində digər qan qruplarından isə fərqli nəticələr əldə edilib.
Məlum olub ki, 2-ci qan qrupu olanlarda mədə xərçəngi, 3 və 4-cü qan qruplarında isə mədəaltı vəzi xərçənginə daha çox təsadüf edilir.