!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qanlı hadisə İranın terrorçu dövlət olduğunu bir daha açıq şəkildə nümayiş etdirdi” – Fəzail Ağamalı

!Reklam – Yazi

“Məncə, bu vəziyyətdə Tehrandakı səfirimiz məsləhətləşmək üçün Bakıya dəvət olunmalıdır”.

Bu fikirləri Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı mövqeyini bildirən millət vəkili Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, qanlı basqın İran rejiminin Azərbaycana düşmən münasibətini bir daha təsdiqlədi:

“Tehrandakı səfirliyimizə edilən bu hücum, törədilən vandallıq məni xeyli dərəcədə narahat etdi. Hücum nəticəsində həlak olan əməkdaşa uca Tanrıdan rəhmət diləyir, yaralananlara şəfa arzulayıram.

Bu qanlı hadisə İran fars-molla rejiminin terrorçu dövlət olduğunu bir daha açıq şəkildə nümayiş etdirdi. Səfirliyimizə hücum, əslində, Azərbaycana hücum deməkdir. Hücum zamanı səfirlik əməkdaşının öldürüldüyünü nəzərə alsaq, bunun necə ciddi olay olduğu təsəvvür edilər.

İranda fars-molla rejiminin bərqərar edilməsindən sonra onlar beynəlxalq hüququn heç bir prinsipinə istinad etmirlər, beynəlxalq konvensiyalara məhəl qoymurlar, özünəməxsus bir idarəetmə sistemi yaradıblar və qapalı rejim olaraq istənilən vandallığa əl atırlar.

Səfirliyimizə edilən hücum da onların növbəti vəhşiliyidir. Qanlı basqın İran rejiminin Azərbaycana düşmən münasibətini bir daha təsdiqlədi.

Təbii ki, bu vandallığa görə İran rejimini qətiyyətlə qınayıram, lənətləyirəm. Fars-molla rejiminin bu qanlı hücumun təşkilatçılarını və icraçılarını müəyyənləşdirib tez bir zaman kəsimində Azərbaycana cavab verməsi zəruridir.

Bildiyiniz kimi, bizim Xarici İşlər Nazirliyi artıq öz qəti mövqeyini ortaya qoyub. Məncə, bu vəziyyətdə Tehrandakı səfirimiz məsləhətləşmək üçün Bakıya dəvət olunmalıdır. Əminəm ki, Azərbaycan dövləti bu qanlı hücumla bağlı gərəkən bütün addımları atacaq”.

A.Zeynalov

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv