!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bu, "Qarabağ"ın gücünü göstərir" - Tahir Gözəl

!Reklam – Yazi

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah “Kopenhagen”in qonağı olacaq.

Yenicag.az xəbər verir ki, bu gün təmsilçimizin vitse-prezidenti Tahir Gözəl komandanın düşərgəsinə baş çəkib, oyunöncəsi son məşqi izləyib.

Bundan başqa o, qarşılaşma haqda öz fikirlərini də bölüşüb:

“Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız qarşılaşmanın nə qədər vacib olduğunun fərqindəyik. “Qarabağ” Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik. Sabah 40 minlik stadion dolu olacaq, bu da “Qarabağ”ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram”.

Yenicag.az

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv