Sürücülərin çoxu bu cərimədən xəbərsizdir
Rayonlararası yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla idarə etmək qadağan olsa da, əksər sürücülər bundan xəbərsizdir. İnzibati Xətalar Məcəlləsinə görə bu pozuntunun cəriməsi 40 manatdır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, üstülək sürücülər uzun yol getdikləri zaman bu xətanı mütəmadi olaraq törədirsə hər dəfə müşahidə kamerlarının yanında keçərkən onun haqqında cərimə protokolu tərtib edilə bilər.
Amma magistral yolun sağ hərəkət zolağında hərəkət mümkün olmadığı və yaxud çətin olduğu vaxtlarda sürücülərə sol zolaqda hərəkət etməyə icazə verilir. Belə hal isə ən çox Bakı-Quba yolunda müşahidə edilir. Bu yolun sağ zolağı dağıldığından sürücülər sol zolaqda getməyə məcbur olurlar.