“Bu qədər almışıqsa, nəyi satmışıq?” – Tanınmış iqtisadçıdan Vüsal Qasımlının ünvanına ağır ittihamlar – Yenicag.Az

Reklam

Reklam

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu günlərdə mətbuata açıqlamasında bildirib ki, hər həftə “azexport.az” portalı vasitəsi ilə Azərbaycan 10 milyon ABŞ dolları həcmində ixrac sifarişləri alır. İcraçı direktor bunu xarici bazarlarda Azərbaycan məhsullarına tələbatın olması ilə əlaqələndirib.

İqtisadçı-ekspert Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında bildirdi ki, V. Qasımlıya vaxtilə normal iqtisadçı kimi yanaşırdı. İndi isə bu düşüncələri tamamilə puç olub:

“Vüsal Qasımlının diqqətinə çatdırım ki, Azərbaycanda öncədən müqavilə sistemi yoxdur. Bunun üçün əvvəlcə dövlətin özü istehsalçılarla müqavilə bağlamalıdır ki, birjada nəsə olsun və onu sata bilsinlər. Ayda 30 milyon dollar civarında ixrac sifarişləri alınırsa, belə çıxır ki, bir ildə 360 milyon dollarlıq ancaq xarici ticarət əməliyyatı edilib, adama gülərlər.

Bu varsa, niyə ölkəmizin xarici ticarət balansında oturmur. Yoxdursa, kimi aldadırlar? Niyə Gömrük Komitəsinin ixrac potensialında bu amil öz əksini tapmayıb? İkincisi, Azərbaycanın xarici ticarətinin tədiyyə balansına da baxaq: o qədər satılıbsa, ondan gələn maliyyə vəsaiti hardadır? Üçüncüsü, hazırda Azərbaycanın dünya bazarına kənd təsərrüfatı məhsulları istisna olmaqla çıxartmağa bir məhsulu yoxdur. Ölkənin ixracatının cəmi 7 faizini qeyri-neft sektoru təşkil edirsə, nədən söhbət edirik? Bu məsələni anlamıram.

İslahatlarla bağlı vaxtilə müxalifətdə olub, indi iqtidarda olanlar danışır. Onların burada məqsədi nədir? Aqrar sektorumuz isə ağır gündədir. Ölkədə yerli məhsul tapılmır, kənd təsərrüfatı məhsullarının qiyməti gündən-günə qalxırsa, həftəyə 10 milyon dollarlıq ixrac müqavilələri necə bağlanır? Ölkədə “Azərərzaq” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Onlar məhsul alışı ilə məşğuldurlar. Onların hansı balansı var? İndi də Qida Təhlükəsizliyi Səhmdar Cəmiyyəti yaradılıb.

Vüsal Qasımlı kimi adamların belə bəyanatlarını anlamıram. Xalqa bu qədər yalan danışmaq doğru deyil. Araşdırıb, axtardım, amma V. Qasımlının dediyi həmin rəqəmləri tapmadım. Ötən il üçün Azərbaycan ancaq pomidor ixracı sahəsində müsbət saldo əldə edib. Bütün digər ərzaq məhsulları ilə bağlı ticarət balansında isə mənfi saldo mövcuddur. Biz ancaq almışıq. Bu qədər almışıqsa, nəyi satmışıq?”

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."