!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qərar Almaniya ilə türk dünyası arasında dərin uçurum yaradacaq”

!Reklam – Yazi

rufizqonaqovvvRufiz Qonaqov: “Bu qərar Almaniyaya başucalığı gətirməyəcək”
“Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etməsi Avropa dəyərlərinə, beynəlxalq hüquqa ziddir. Bu qərar Almaniya ilə türk dünyası arasında dərin uçurum yarada bilər”.

Bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsinin qəbul edilməsinə münasibət bildirərkən qeyd edib. R.Qonaqovun sözlərinə görə, Almaniya Bundestaqının 101 il əvvəl Osmanlı imperiyasında baş verənləri “erməni və digər xristian azlıqların soyqırımı” adlandırması tarixi və siyasi baxımdan da səhvdir: “Təəssüflər olsun ki, Almaniyada belə bir qərar qəbul edildi. Bundestaq tamamilə ədalətsiz, xristian təəssübkeşliyinə xidmət edən bir mövqe sərgilədi. Cem Özdəmir adlı milliyyətcə çərkəz olan deputat tərəfindən qərəzli qanun layihəsinin hazırlanmasının özü müxtəlif suallar doğurur. Həmin deputatın Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair kifayət qədər məlumat yayılıb.Ermənipərəst qüvvələrin təsiri altında qəbul edilən bu qərar Almaniya ilə Türkiyə arasında münasibətlərə olduqca pis təsir göstərəcək”. R.Qonaqov hesab edir ki, ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın Ermənistanın maraqlarına uyğun qərar qəbul etməsi bu ölkənin obyektivliyini kölgə altında qoyur: “24 il öncə baş vermiş Xocalı soyqırımı ilə bağlı ortaya ədalərli mövqe qoymayan, işğalçı Ermənistana təzyiq etməyən Almaniya 100 il əvvəl baş verənlərlə bağlı tamamilə obyektivlikdən uzaq qərar qəbul edib. Əgər onlar ədalətin bərpasını istəyirdilərsə, ilk növbədə Xocalı soyqırımı ilə bağlı danışmaları daha uğurlu olardı. Amma təəssüflər olsun ki, bu gün Bundestaqda başqa qərarların şahidi olduq. Hazırda ATƏT-ə sədrlik edən bir dövlət hansısa işğalçı, cinayətkar rejimin maraqlarının ifadəsinə çevrilirsə, bu, heç də arzuolunan vəziyyət deyil və qərar Almaniyaya heç bir xeyir gətirməyəcək. Əksinə almanlar nə vaxtsa qərara görə təəssüflənməli olacaqlar”. BMAM sədri bildirdi ki, Azərbaycan bu məsələdə Türkiyənin yanında olacaq: “Yəqin ki, rəsmi qurumlar baş verənlərə münasibət bildirəcək, ortaya mövqe qoyacaqlar. Hesab edirəm ki, bütün hallarda Azərbaycan Türkiyəyə lazım olan dəstəyi verəcək”.

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv