!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qərar dövlətimizin vətəndaşa diqqət və qayğısının göstəricisidir”

!Reklam – Yazi

Prezident İlham Əliyev “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı verdiyi tapşırıq onun hakimiyyətə gəldiyi zaman dediyi “mən hər bir azərbaycanlının prezidenti olacağam” sözünü bir daha sübut etdi.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

O bildirib ki, dövlət birbaşa ona aidiyyatı olmayan ticarət mərkəzində baş verən hadisədə zərərçəkənlərə xüsusi diqqət və qayğı göstərib:

“Prezident İlham Əliyevin göstərişi ilə “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərər çəkən vətəndaşlara kompensasiya ödəniləcək. Bu dövlətimizin vətəndaşa diqqət və qayğısının göstəricisidir. Bilirsiz ki, “Diqlas” Ticarət Mərkəzi özəl sahibkarlıq müəssəsidir. Orada baş verən istənilən hadisəyə görə sahibkar məsuliyyət daşıyır. Həm də təəsüf ki, bizdə biznes idarələrində siğorta mədəniyyəti hələ də formalaşmayıb. Belə olan təqdirdə satıcıların ümid yeri dövlətimiz idi və bu səbəbdən də onlar dövlətə sığındılar. Dövlətimiz də onlara diqqət və qayğısını göstərdi. Prezident İlham Əliyev məsələni nəzarətə götürdü və satıcılara kompensasiya verilməsi haqda qərar verdi”.

Hacıbəy Heydərli bildirib ki, Prezidentin bu qərarı radikal müxalif qüvvələrinin arzularında ürəyində qoydu: “Hər fürsətdə dövlətlə vətəndaşı üz-üzə qoymağa cəhd edən radikallar bu dəfə də istəylərinə nail ola bilmədilər. Əslində, normal düşüncəli hər kəs anlayırdı ki, bu yanğında əsas məsuliyyəti dövlət yox, sahibkar və mağazasını siğorta etməyən şəxslər daşıyır. Ancaq hər imkanda dövlət, hökümət əleyhinə məsuliyyətsiz bəyanat verən müxalif liderlərə bu şansdan da yararlanmaq imkanı verilmədi. İlk növbədə satıcılar dövlətə sığındılar, onlar icra hakimiyyətinin başçısı ilə görüşdü və problemlərini dilə gətirdi. Azərbaycan dövləti də onların bu xahişini nəzərə aldı və problem həllini tapdı”.

Baş redaktor bildirib ki, Prezidentin bu qərarı sosial şəbəkələrdə də böyük rəğbətlə qarşılanıb: “Prezidentin bu qərarı sosial şəbəkələrdə böyük sevinc və rəğbətlə qarşılandı. Vətəndaşlar bu qərara görə dövlətimizə təşəkkür etdi. Ümumlikdə isə əminliklə demək olar ki, İlham Əliyev hər qərarı, sərəncam və fərmanları ilə hər bir azərbaycanlının prezidenti olduğunu sübut edir”.

www.yenicag.az

5031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv