Bu qəsəbələrdə su olmayacaq

Bu gün Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, məhdudiyyətlər magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.