Gündəlik həyatda sağlam qida olaraq qəbul etdiyimiz bir sıra məhsulların da müxtəlif fəsadları var.
Yenicag.az xəbər verir ki, ürəyində problemi olan şəxslər, xüsusilə, qidalanmalarına diqqət etməlidir. Əks təqdirdə, damarlar tıxanır və qanın orqanlara çatdırılmasında ciddi problemlər yaranır.
Ət – doymuş yağ və xolesterol səviyyəsi yüksən olan bu məhsulu həftədə iki dəfədən artıq qəbul etmək məsləhətli deyil.
Yumurta – yumurta sarısında damarları tıxayan lipoprotein mövcuddur.
Toyuq dərisi – bu qida isə damarların divarlarında yağlanma yaradır.
Trans yağ – hər gün qəbul etdiyimiz qidaların çoxunda trans yağ və ya hidrogenləşmiş əsas yağlar var. Bu cür yağlar daha çox emal edilən qidalarda, marqarində, sobada bişirilən və ya dondurulan qidalarda olur.