Bu qidalar gecə yeyildiyində normaldan iki dəfə faydalı olur -SİYAHI

Bəzi qidalar gecə istifadə olunanda normalda verdiyi faydaların 2 qatını verir. Aparılan araşdırmalara görə, bəzi qidalar gecə yatmazdan öncə qəbul edilərsə, orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir. Bəs bu qidalar hansılardır?

Yenicag.az xəbər verir ki, gecə qəbul edilərkən daha yaxşı effekt verən təamları təqdim edir.

Pomidor

Gün ərzində qəbul edilən bəzi qidalar bədəndə həm iltihaba, həm də suyun toplanmasına səbəb olur. Bu vəziyyətdən qurtulmaq üçün bol miqdarda antioksidantı olan pomidor yatmazdan öncə yeyilə bilər.

Quşqonmaz

Tərkibindəki turşu sayəsində immun sistemini qüvvətləndirir və gecə bədən temperaturunun anidən aşağı enməsini əngəlləyir. Qaraciyərdə yığılan toksiki maddələri uzaqlaşdırır.

Çobanyastığı çayı

Gecə yatmazdan öncə bir fincan çobanyastığı çayı içmək gün boyu qəbul edilən bütün qidaların zərərli maddələrini yox edir. Beyinin sağlam qalmasına yardımçı olur. Stressiz yuxudan qalxmağınızı təmin edə bilər.

Bal

Təbiətin ən sağlam təbii dərmanı olan bal bədəni xəstəliklərlə yanaşı, xərçəng hüceyrələrindən də qoruyur. Dişdən beyinə qədər bütün orqanlara faydası var. Gecə yatmazdan öncə bir qaşıq bal yemək immun və sinir sisteminə təsir edir və yaxşı yatmağınızı, rahat oyanmağınızı təmin edir.

Zeytun yağı

Zeytun yağı qarın bölgəsindəki yağları ərtiməkdə faydalıdır. Gecdə yatmazdan öncə bir qaşıq zeytun yağı içmək həm həzmi, həm də metobolizmi yaxşılaşdırır. Piylərin əriməsini sürətləndirir.

Kahı

Gündə 7 yarpaq kahı yemək bədənin ehtiyacı olan A vitaminini qarşılayır. Gecə yeyilsə, daha effektiv nəticə verər.

Qarpız

Lif və su ehtiyatı baxımından zəngin olan qarpız gecə yeyiləndə həzm sistemini yaxşılaşdırır və bədənin ehtiyacı olan mayeni təmin edir. C vitamin ilə zəngin olan qarpız mədədə iltihabın yığılmasının qarşısını alır. /publika.az/

COP29