Üzünüzdə sızanaq və qara nöqtələrin görünməsi, şişkinlik və s kimi problemlər adətən müxtəlif xəstəliklərin xəbərçisidir. Lakin bununla birlikdə qəbul etdiyiniz bir sıra qidalar dərinizi və üzünüzü dəyişdirə bilər.
Yenicag.az medicina.az-a istinadən bildirir ki, bəzi qidalar var ki, hətta özümüz də bilmədən üz dərimizə mənfi təsir göstərir. Belə qidalar adətən gündəlik qida rasiyonumuzda iştirak edir. Həmin qidalardan bəzilərini təqdim edirik:
Süd
Süd, sümük inkişafı üçün vacib bir qidadır. Xüsusilə körpələr və inkişaf yaşında olanlar üçün bol miqdarda içilməsi tövsiyə olunur. A ncaq yetişkin insanlar üçün bu norma gündə 1 stəkan ilə məhdudlaşır. Südün tərkibindəki laktoza maddəsi , çox qəbul edildikdə dəridə qara nöqtələrə və sızanaqlara səbəb ola bilər. Bəzi hallarda, göz altı bölgəsindəki şişkinlik və üzdəki yorğunluğa səbəb də ola bilər.
Tərkibində qlüten olan qidalar
Tərkibində qlüten olan qidalar yeyən insanların üzündə sızanaqlar, qara nöqtələr və ləkələr yarana bilər. Başqa sözlə desək , qlüten üz şəklinizi dəyişə bilər. Qlüten əsasən buğda, çovdar, arpa, yulaf və s. kimi dənli bitkilərdən hazırlanan qidalarda daha çox olur.
Şəkər
Şəkərin insan üçün çox da xeyirli olmadığını bilirik. Lazımı miqdardan çox yeyilərsə orqanizmdə bir sıra problemlərə gətirib çıxarır. Çox şəkər qəbul edən insanların tipik bir üz forması olur. Belə üzdə adətən yuxarı tərəfdə dərin qırışlar, gözaltı torbalar, incə , solğun dəri və sızanaqlar müşahidə olunur.
Odur ki, gözəl dəri və üz cizgilərinə sahib olmaq istəyirsinizsə, əvvəlcə şəkəri dayandırmalı olduğunuzu unutmayın.