Dünya Səhiyyə Təşkilatına görə dünyada ortalama yaş həddi 72 il sayılır. Yaşadığımız zaman çərçivəsində sağlamlığımıza diqqət etməliyik.
Bunun üçün qəbul etdiyimiz qidalar əhəmiyyətli rol oynayır. Yaşam intervalının 100 və yaxud daha çox olması demək olar öz əlimizdədir.
Yenicag.az bildirir ki, daha uzun və sağlam yaşamaq üçün medicina.az araşdırma aparıb:
Darçın
Darçın sadəcə hazırladığımız qidaları ləzzətli etmir, eyni zamanda güclü tibbi xüsusiyyətləri də var. Bu ədviyyat xərçəng, ürək xəstəlikləri və infeksion xəstəliklərə qarşı ən yaxşı vasitədir. İİV virusu ilə mübarizədə də ən yaxşı üsul məhz darçındır.
Şokolad
Qənnadı məhsulu şokolad da insan orqanizminə faydalı qidalardandır. Hərşeyin çoxu zərərli olduğu kimi, azı da sağlamlığa mənfi təsir edir. Düzgün şokoladı seçib yemək orqanizmə müsbət nəticə verir. Şokolad qəbulu xolesterin səviyyəsini azaldır. Zehni gücləndirir və stressi azaldır.
Sarımsaq
Dövrümüzün xəstəliklərindən olan altsheymer riskini sarımsaq yeməklə azalda bilərsiniz. Bundan başqa orqanizmi toksinlərdən təmizləmək üçün sarımsaq ən əlverişli qidadır. Sarımsaqdan xalq təbabətində qədimdən istifadə olunur.
Təbii bal
Tibbdə 5 min ildən çoxdur ki, baldan istifadə olunur. Səhətimizdə yaranan bir çox problemin təbii dərmanıdır. Antiseptik, antioksidləşdirici və antibakteriyal xüsusiyyətlərə sahibdir. Bunun üçün qida rasiyonunuza mütləq təbii balı əlavə etməlisiniz.
Zeytun yağı
Mütəxəssislər zeytun yağını sağlamlıq üçün xeyirli olduğunu bildirir. Beyin və ürəyi sağlam saxlamaq üçün zeytun yağı məsləhət görülür. Zeytun yağından uzun müddət istifadə olunması qocalığın qarşısını alır. Zehnə müsbət təsir edir, tərkibi antioksidləşdiricilərlə zəngindir. Həmçinin diabet və xərçəng risqini azaldır.