Bu qız təyyarə qəzasından son anda xilas oldu-FOTO

fft107_mf6298699Misirdən Sankt-Peterburqa gedərkən Sinayda qəzaya düşən təyyarənin sərnişini son anda xilas olub.

Həmin təyyarəyə biletini dəyişdirərək minməkdən imtina edən Yana Veretenova Ren TV-yə açıqlama verib.

Sərnişin Sankt-Peterburq əvəzinə Moskvaya getmək qərarı aldığını bildirib:

“Bu anda Şarm-El Şeyx hava limanındayam. Peterburqa gedən təyyarənin düşməsi səbəbiylə 9:30-da qalxması lazım olan təyyarəmizi təxirə saldılar. Dörd saatdan çoxdur gözləyirik, bizə su verdilər. Peterburqa getməm lazım idi, lakin son anda fikrimi dəyişdim. Hava limanında vəziyyət çox gərgindi, hər kəs xəbərləri oxuyur, öz aralarında danışırlar. Uçmağa çox qorxuruq”(Qafqazinfo).