!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qızdırma dərmanı insanın psixikasını dəyişir

!Reklam – Yazi

Məşhur qızdırma və ağrı əleyhinə dərman parasematol insanları laqeyd və küt edir. Onlarda başqalarına qarşı mərhəmət hissini azaldır.

Yenicag.az medicina.az-a istinadən bildirir ki, bu maraqlı iddianı OHİO universitetinin alimləri açıqlayıb.

Onlar tövsiyə edir ki, parasetamol qəbul edən insanla 3 gün ərzində problemlərini danışmaq və dərdləşmək məsləhət deyil, onlar size anlamayacaq.

Parasetamol sinir uclarını daha həssas edən birləşmələrin hasilatını azaldır.
Elmi araşdırmada 114 tələbə iştirak edib.

Onların yarısı 1000 qr parasetamol qəbul edib, digər yarısına isə placebo verilib.

1 saat sonra analiz və tələbələrlə söhbətlər, eləcə də MRT metodu göstərdi ki, parasetamolda olan təsiredici maddə beynin müəyyən sahəsinə təsir edir.

Nəticədə ağrıkəcisi effekt fonunda insan daha az emosional və sanki kütləşmiş olur.

Ona görə də parasetamol qəbulundan sonra ciddi söhbətlər etmək, ailə üzvləri və yaxınların problemlərini həll etmək olmaz. Çünki bu zaman sizdə mərhəmət və anlayış hissi olmayacaq.

Alimlər hesab edir ki, tibb və həkimlər təyin etdikləri dərmanların insan psixikası və davranışlarına təsirini də öyrənməyə başlamalıdır.

www.yenicag.az

1727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv