“Bu qızı kim alacaq?” – FOTOLAR

Gənc aktrisa Zarina Qurbanova şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa ona evlilik təklifi edən oğlanlardan gileylənib:

“Mənə evlilik təklifi edən oğlanlar çoxdur, amma hamısı qabaqcadan şərt kəsir ki, sənəti atacaqsan. Mən bu sənəti çox sevdiyim üçün onlarla razılaşmıram. Sözün düzü, insanların bu yanaşması xoşuma gəlmir. Azərbaycan kişisi aktrisa olan xanımlara dəyər verir, amma onunla evlənməyə çəkinir. Düşünür ki, bu addımı atsam, qohumlarım mənə pis baxar. Hansı ki, aktrisalar ən səmimi qadınlardır. Əgər mən hansısa tədbirə açıq-saçıq geyimdə gəlirəmsə, o saat tərbiyəmdə qüsur axtarmağa başlayırlar. Amma əcnəbi aktrisa lap lüt də gəzsə, ona pis baxmırlar”.

Z. Qurbanova qohumları tərəfindən də təzyiqlərlə qarşılaşdığını deyib:

“Hətta öz qohumlarım da mənə irad tutur ki, bu nə libasdır geyinmisən, el-oba nə deyər? Hansı ki, adi dekolte, ya da mini ətək geyinirəm; açıq-saçıq heç nə yoxdur. Toylara, el şənliklərinə xanımlarımızın çoxu belə geyinir. Adamın doğmaları belə danışanda yada nə deyəsən? Təsəvvür edin, qohumlarım mənə deyir ki, bu qızı kim alacaq?! Axı mənə nolub ey… Aktrisayam, bu, mənim sənətimdir”.

Cəvahir

COP29