!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qurğu itirilmiş əşyaları tapacaq - KƏŞF

!Reklam – Yazi

Hazırda itirilmiş əşyaların axtarışı üçün çoxlu sayda simsiz qurğu mövcuddur, lakin onların bir çatışmazlığı var: itirilmiş əşyanı yalnız xüsusi izləmə proqramının köməyilə tapmaq mümkündür.

Yenicag.az xəbər verir ki, Samsung şirkəti yüksəksürətli simsiz məlumat ötürülməsi standartından istifadə edən SmartThings trekerini təqdim edib.

Qurğu, hətta Bluetooth və digər texnologiyaların gücsüz olduğu yerdən itirilmiş əşyanın olduğu yer haqqında məlumat ötürə bilər. Məlumatında bildirilir ki, SmartThings-in imkanları itirilmiş əşyaların axtarışı ilə məhdudlaşmır.

Ondan ağıllı evin idarəetmə qurğusu kimi istifadə etmək olar – məsələn, evə qayıdarkən işığı yandırmaq və ya gedərkən müşahidə kamerasını aktivləşdirmək mümkündür. Həmçinin onun köməyilə “geofunksiya”nı aktivləşdirmək olar.

O, həyətdə gəzən iti izləməyə kömək edəcək və ya istifadəçinin dostlarına onun yerini bildirəcək. Bu kimi funksiyaları nəzərə alaraq, SmartThings trekerinin Bluetooth-a əsaslanan analoji qurğulara nisbətən daha yüksək qiymətə satılacağını güman etmək olar. Şirkət qurğunu AT&T provayder xidməti ilə bir paketdə 99 dollara təklif edir./Technote/

www.yenicag.az

2491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv