Bu quruma yeni rəis təyin olundu – FOTO

Dövlət Reyestri Xidmətinə yeni təyinat olub.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin əmri ilə Nigar Əyyub qızı Alimova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis təyin olunub.

Qeyd edək ki, N.Alimova daha əvvəl Vergilər Nazirliyində ümumi şöbənin müdiri olub.