Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əməkhaqları artırılır.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklərdə öz əksini tapıb.
“Hesablama Palatası haqqında” qanuna dəyişikliyə əsasən, Palata üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.
“Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyə əsasən isə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərləşdirilir. Hazırda isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat, Milli Məclis sədrinin maaşı isə 2475 manat təşkil edir.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.