Bu qurumların rəhbərliyini prezident formalaşdıracaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin rəhbərliyi rəisdən və onun 4 müavinindən ibarətdir.

Yenicag.az xəbər verir ki, bu, adıçəkilən qurumların bu gün təsdiq edilmiş əsasnamələrində öz əksini tapıb.

Sənədlərə əsasən, hər 3 dövlət xidmətinin rəhbərliyini (ümumilikdə 15 vəzifəyə təyinat) ölkə prezidenti formalaşdıracaq.