Bu rayon iflic olub-Fotolar

salyan-1Ölkə ərazisinə yağan qarın yaratdığı fəsadların ardınca indi də qrunt suları Salyan rayonunun bəzi ərazilərində hərəkəti iflic edib.

Bir neçə gündür ki, müvafiq qurumlar həyətlərdəki suların çəkilməsi üçün işlərə başlayıb.
Salyan rayonunun nisbətən çökək ərazilərində qrunt sularının həyətyanı sahələrə toplanması çətinliyə səbəb olub. Hətta bəzi evlərin həyətlərində suyun səviyyəsi 30-40 sm-ə çatıb. Yaranan gölməçələr sakinlərin küçəyə çıxmaq imkanını belə məhdudlaşıb.

Artıq bir neçə gündür ki, rayon Fövqəladə Hallar Komissiyası və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış qrunt sularının çəkilməsinə başlanılıb. Görülən işlər nəticəsində suyun səviyyəsi bəzi küçələrdə azaltmaq mümkün olsa da zirzəmilərə dolan su bəzi evlərin divarlarında çatların yaranmasına səbəb olub. Qrunt sularının çəkilib qurudulması məqsədi ilə hazırda rayonun müxtəlif ərazisində 50-yə yaxın su nasosu fəaliyyət göstərir.