Bu rayonda elektrik enerjisinin verilməsində fasilə yarandı

Dünən gecə saatlarında başlayan külək və leysan yağışı nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Yenicag.az xəbər verir ki, güclü küləklə müşahidə olunan leysan yağışları nəticəsində İsmayıllıda elektrik xətlərində yaranmış nasazlıq səbəbindən rayonun 56 yaşayış məntəqəsinin (8360 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

Elektrik enerjisinin bərpası istiqamətində işlər davam etməkdədir.